Bank Of Baku

Müsavat Partiyası “Təhsil haqqında” qanun layihəsi ilə bağlı bəyanatla çıxış edib

Müsavat Partiyası “Təhsil haqqında” qanun layihəsi ilə bağlı bəyanatla çıxış edib
# 29 dekabr 2008 14:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Divanı “Təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşda qəbulu ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, layihə Boloniya sisteminə keçid prinsipləri üzərində qurulmuş müsbət tərəflərinə baxmayaraq, hələ də keçmiş sovet avtoritar təhsil sisteminin bir sıra mənfi xüsusiyyətlərini özündə saxlayır. Bəyanatda deyilir ki, layihədə Təhsil Nazirliyinin rolu və funksiyaları həddən artıq şişirdilir və bununla da təhsil müəssisələrinin muxtariyyəti söz olaraq qalır: “Halbuki Boloniya sistemi təhsil müəssisələri üçün geniş muxtariyyəti, təhsil müəssisələri rəhbərlərinin kollektivin özü tərəfindən seçilməsini nəzərdə tutur. Təhsilin maliyyələşdirilməsi, təhsil işçilərinin əmək haqları barədə müddəaların heç olmasa, ümumi şəkildə layihədə yer almaması da ciddi nöqsandır”.

Partiya hesab edir ki, təhsil sahəsindəki nöqsanların aradan qaldırılması və Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə çatdırılması üçün qanunların qəbulu ilə yanaşı, digər təxirəsalınmaz tədbirlər də görülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR