Bank Of Baku

Milli Məclis “Təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclis “Təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
# 30 dekabr 2008 10:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihənin müzakirəsi zamanı çıxış edən deputatlar təkliflərini bildiriblər. Deputat Gülər Əhmədova deyib ki, Azərbaycanda test üsulu ilə bağlı narazılıqlar artır. Millət vəkili test üsulu ilə bağlı çoxlu sayda problemlər yarandığını deyib. Deputat Vahid Əhmədov qanunda təhsilə bağlı yaş senzinin qoyulmamasını təklif edib. Millət vəkili Asəf Hacıyev isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adının dəyişdirilərək Biliklərin Qiymətləndirilməsi Komissiyası olmasını təklif edib. Deputat Elmira Axundova orta məktəbləri qızıl medalla bitirənlərə ali məktəblərə qəbul olunan zaman tam yox, qismən güzəşt olunması, MM-də təhsillə bağlı hesabat verilməsi təklifi ilə çıxış edib.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov çıxışında qanun layihəsini dəstəklədiyini bildirərək qeyd edib ki, qanunda yaş senzi qoymaq vacibdir. O, deyib ki, yaş senzinin olmaması təhsilin inkişafına mane olur.
Daha sonra layihə səsə qoyulub və 3 nəfər əleyhinə, 104 nəfər lehinə olmaqla qəbul edilib. Spiker Oqtay Əsədov layihə ilə bağlı səsləndirilən təkliflərin nəzərə alınacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR