Bank Of Baku

Məzahir Pənahov: “Siyasi partiyalar referendum prosesinin subyekti olmaq üçün təşviqat qrupu yaratmalıdır”

Məzahir Pənahov: “Siyasi partiyalar referendum prosesinin subyekti olmaq üçün təşviqat qrupu yaratmalıdır”
# 30 dekabr 2008 14:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Siyasi partiyaların referendumda partiya olaraq fəaliyyət göstərməsi nəzərdə tutulmayıb. Ona görə də onlar partiya olaraq bu prosesin subyektinə çevrilə bilməzlər”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, partiyaların referendum prosesinin subyektinə çevrilməsi üçün səsvermə hüququ olan vətəndaşların Təşviqat Qrupu yaradılmalıdır: “Onlar bu prosesdə siyasi partiya adından çıxış etmirlər. Təşəbbüs Qrupları yaranan zaman onlara dövlət büdcəsindən maliyyələşən və yaxud təsisçisi dövlət orqanı olan KİV-də ödənişsiz yer ayrılacaq, İctimai Televiziyada dəyirmi masalarda müzakirələr apara biləcəklər. Bu hüquqları əldə etmək üçün onlar Təşviqat Qrupu yaratmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR