Bank Of Baku

MSK Konstitusiyaya dəyişikliklərlə bağlı referendumu izləmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək

MSK Konstitusiyaya dəyişikliklərlə bağlı referendumu izləmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək
# 30 dekabr 2008 14:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Martın 18-də keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumu izləmək üçün Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlara müraciət edəcək. APA-nın məlumatına görə bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, hazırda bununla bağlı MSK-da müzakirələr aparılır və hansı təşkilatlara dəvətnamələrin göndərilməsi müəyyənləşdirilir: “Biz həmişə olduğu kimi yenə də çalışacağıq ki, bütün beynəlxalq qurumlar, maraqlı tərəflər və MSK-nın əməkdaşlıq etdiyi xarici ölkələrin seçki komissiyalarının nümayəndələri bu prosesi müşahidə etsinlər. Güman edirəm ki, kifayət qədər beynəlxalq müşahidəçi bu prosesi izləyəcək”. M. Pənahov referendum zamanı da seçki məntəqələrində veb-kameraların quraşdırılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR