Bank Of Baku

MSK referendumla bağlı ilk iclasını keçirib

MSK referendumla bağlı ilk iclasını keçirib
# 30 dekabr 2008 14:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gələn il martın 18-də keçiriləcək referendumla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) ilk iclası olub. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov parlamentin qərarı ilə Konstitusiyaya dəyişikliklər məqsədilə 2009-cu il martın 18-də referendum keçirilməsinin qərara alındığını xatırladıb. O bildirib ki, bu qərardan dərhal sonra MSK referendum hazırlıqlarına başlayıb. MSK katibi Natiq Məmmədov isə referendumla bağlı təqvim planı hazırladıqlarını, burada bütün prosedur məsələlərin və MSK-nın atacağı addımların öz əksini tapdığını deyib. O, təbliğat-təşviqat kampaniyasının fevralın 18-də başlayacağını və martın 17-də saat 08.00-da başa çatacağını söyləyib. Kampaniyada iştirak etmək üçün seçicilərin təşəbbüs və təbliğat qruplarını yaratmaq tələb olunur. Konkret dairə ərazisində təbliğat aparmaq üçün azı 500 seçicinin, ölkə üzrə təbliğat aparmaq məqsədilə təşəbbüs qrupu yaratmaq üçün isə azı 40 min seçicinin imzası tələb olunur. Təqvim planı MSK üzvləri tərəfindən qəbul edilib.

İclasda referendumla bağlı bir sıra normativ aktlar da qəbul olunub və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR