Bank Of Baku

Referendum üzrə “Yeni Azərbaycan” təşəbbüs qrupu yaradılıb

Referendum üzrə “Yeni Azərbaycan” təşəbbüs qrupu yaradılıb
# 31 dekabr 2008 14:00 (UTC +04:00)
Seçki Məcəlləsinə uyğun olaraq, təşviqatla bağlı təşəbbüs qrupunun yaradılmalı olduğunu bildirən Ə. Əhmədov Konstitusiyanın 29 maddəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərin cəmiyyət tərəfindən irəli sürülən təkliflər əsasında formalaşdığını, onların müzakirəyə çıxarılması təşəbbüsünün YAP tərəfindən də müdafiə edildiyini deyib: “Biz hesab edirik ki, bu dəyişikliklərin hərtərəfli şəkildə seçicilərə çatdırılması və bununla əlaqədar geniş izahat işi aparılması məqsədilə qanuna uyğun olaraq təşəbbüs qrupu yaradılmalıdır. Bununla bağlı təşviqat aparmaq məqsədilə «Yeni Azərbaycan» təşəbbüs qrupunun yaradılmasını məqsədəuyğun hesab edirik”.

Təsis yığıncağında çıxış edən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı yaradılacaq təşəbbüs qrupunun Seçki Məcəlləsinə uyğun olaraq təşviqat kampaniyasında fəal iştirak edəcəyini vurğulayıb.

Yığıncaqda çıxış edən digər natiqlər də Azərbaycanda sosial-iqtisadi tərəqqinin Konstitusiyaya dəyişiklikləri zəruri etdiyini bildirib, təşəbbüs qrupunun yaradılmasını və müvafiq qaydada fəaliyyətə başlamasını təklif ediblər.

Toplantıda təşəbbüs qrupu adından çıxış etmək üçün YAP sədrinin müavini Əli Əhmədov, YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzovun səlahiyyətli nümayəndə olaraq irəli sürülməsi təklif olunub.

Müzakirələrdən sonra səsvermə keçirilib. Yığıncaq iştirakçılarının yekdil qərarı ilə «Yeni Azərbaycan» təşəbbüs qrupu yaradılıb. YAP-ın sədr müavini Əli Əhmədov, icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov «Yeni Azərbaycan» təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri təsdiq olunublar.

Sonda «Yeni Azərbaycan» təşəbbüs qrupunun yaradılması barədə bildirişlə Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR