Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 03 yanvar 2009 10:55 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Düşmən bölmələri yanvarın 2-də, saat 16.20-dən yanvarın 3-ü səhər saatlarına qədər Xocavənd rayonunun adsız yüksəklikləri və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR