Turqut Ərin kitabındakı fikirlər Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb - SORĞU
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirib ki, 1994-2000-ci illərdə Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat xidmətinin rəhbəri işləmiş və Azərbaycanın müstəqillik dövrünün çox mühüm tarixi bir mərhələsinin şahidi olmuş bir insanın bu cür kitab yazması heç bir mənəviyyat çərçivəsinə sığmır: “Çünki onun burada olduğu dövr Azərbaycanın müstəqillik tarixində xüsusi əhəmiyyəti olan bir dövrdür. Bu, Azərbaycanın müstəqilliyinin özünütəsdiq dövrü idi, Azərbaycanda çox mühüm islahatlar gedirdi. Həmin adam bütün yüksəliş və tərəqqinin şahidi olmuş birisi idi. Bütün bunları görməmək, görmək istəməmək arzusu, bütün bunlara qara yaxmaq hissi, istəyi, duyğusu bu insanı belə bir böhtan dolu cızma-qara yazmasına gətirib çıxarıb. Adına “yazar” deyən insan həqiqəti danmamalıdır, siyasi gerçəkliyə düzgün qiymət verməlidir. Ancaq mən həmin adama heç “yazar” da demək istəmirəm. Bu bir yana, onun yazdıqları Türkiyə-Azərbaycan münasibətlərinə heç bir xələl gətirən deyil və ola da bilməz. Mənə ən çox təsir edən bu cızma-qaranı, böhtanı Azərbaycan ictimaiyyətinə təqdim edən müxalifət qəzetləridir. O şəxslərdir ki, onlar Turqut Ərin böhtan dolu cızma-qaralarını həqiqət kimi öz qəzetlərində çap etdirirlər. Niyə məhz bu gün çap etdirirlər? Turqut Ərlə Azərbaycan müxalifətinin əlaqələrinin olması məlum idi. Turqut Ər özü yazılarında bildirir ki, Azərbaycan müxalifətçiləri ilə dostdur, onun ən yaxın dostları Azərbaycan müxalifətçiləridir. Hətta bu ilki parlament seçkilərindən öncə o, Azərbaycan müxalifətçilərindən konkret adlar çəkərək “bu adamların parlamentə düşməsi vacibdir, onlar demokratiyaya xidmət edəcək” kimi yazılar yazırdı. Bu gün həmin müxalifətçilər parlamentə düşmədiklərinə görə, öz uğursuzluğuna haqq qazandırmaq və cəmiyyətdə yenə bir çaşqınlıq yaratmaq üçün Turqut Ərin cızma-qaralarını öz qəzetlərində çap edir, ortaya qoyublar, hələ bundan fəxarət də duyurlar. Ar olsun bu insanlara!”
«Olaylar» İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz APA-ya açıqlamasında Turqut Ərin «Azadlıqdan tiranlığa» adlanan kitabında 1993-1994-cü illərə dair yer alan məlumatların tamamilə qərəzli olduğunu deyib: “O dövrdə mən dövlət müşaviri olmuşam və hadisələr mənim gözümün önündə baş verib. Bu kitabda əksər hadisələrin təhrif olunmuş mətnləri yer alıb. Kitabda Surət Hüseynovun Gəncədə qaldırdığı qiyamla bağlı məsələlərdə bu özünü daha çox göstərir”. Bu hadisələrdə o zaman baş nazir vəzifəsində çalışan Pənah Hüseynin daha çox rol oynadığını deyən Y.Oğuzun sözlərinə görə, o vaxt P. Hüseyn qərargaha rəhbərlik edib və hadisələrlə bağlı xəbərlər birbaşa ona verilib: “Heydər Əliyevin Azərbaycana çağırılmasının necə baş verdiyinin şahidi biz olmuşuq. Prezident iqamətgahında bununla bağlı keçirilən toplantıda mən, rəhmətlik Nəcəf Nəcəfov, İsa Qəmbər, Pənah Hüseyn və digər şəxslər iştirak etmişik. Amma kitabda bu fakt da təhrif olunur. Deyə bilərəm ki, hadisələrin kitabda başqa şəkildə verilməsi kimlərinsə marağındadır. Əgər o zaman iclasda iştirak edən çoxluq bunu istəməsəydi, demək olar ki başqa variant ortaya çıxacaqdı. Surət Hüseynovla da danışıqları çox zaman Tamerlan Qarayev aparırdı”.
Yunus Oğuz hesab edir ki, kitabda Azərbaycanda müəyyən daxili prosesləri qarışdırmaq, təhdid və təzyiqlər tendensiyası görünür: «Görünür kimlərsə bu vasitə ilə Azərbaycandan nəyisə almaq istəyirlər. Çalışırlar ki bu yolla Azərbaycana təzyiq göstərsinlər. Kitabın parlament seçkiləri ərəfəsində Azərbaycanda yayılması da buna hesablanıb».
Millət vəkili Musa Qasımlı da eyni fikirləri bölüşür: “Təəssüf ki, “Azadlıqdan Tiranlığa” adlı kitabda həmin illərdə baş verən hadisə və proseslərə obyektiv münasibət bəslənilmir, məsələlərə obyektiv yanaşılmır. Kitabda hadisələrə qərəzli yanaşma var. Müəllifin kitabda kin-küdurəti açıq hiss olunur”.
Tarixçi-alimin sözlərinə görə, kitabın müəllifi Turqut Ərin Azərbaycanda baş verən proseslərə belə yanaşması məqsədli olub: “Çünki bu hadisələr bizim gözlərimiz qarşısında baş verib. Müxtəlif ölkələrin xüsusi xidmət orqanları Azərbaycanı parçalamaq, hegemonluğa nail olmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. Ölkəmizdə baş verən çevriliş cəhdləri də həmin amillərlə bağlıdır. Amma şükür ki, bu çevriliş cəhdləri Heydər Əliyevin qətiyyəti nəticəsində qarşısı alınıb. Azərbaycan bu günlərə güclü dövlət kimi gəlib çıxıb. Hakimiyyət daxilində birlik yaranıb və hakimiyyətlə-xalq arasında uçurum aradan qaldırılıb. Bütün bunlar Heydər Əliyevin müsbət fəaliyyətinin nəticəsidir”.
M. Qasımlı bildirib ki, Turqut Ər Azərbaycan-Türkiyə dostluq və qardaşlığına xələl gətirən bir addım atmamalı idi: “Onun bu addımı bir daha dəqiqləşdirdi ki, bizim münasibətləri pozmaq istəyən qüvvələr həm Türkiyənin daxilində, həm də Azərbaycanda var. Belə kitabların Türkiyədə nəşrini də məqbul hesab etmirəm”.
M. Qasımlı qeyd edib ki, hansısa bir yazar Azərbaycanın və Türkiyənin dövlət xadimlərinin fəaliyyətinə kölgə sala bilməz: “Hadisələrə yanaşmalar müxtəlif ola bilər. Dövlət xadimlərinə qiymət verərkən obyektivliyi itirmək olmaz. Dövlət xadimlərinə qiymətin meyarları gözlənilməlidir. Hər hansı yazı bu dövlət xadimələrinin tarixdə tutduğu yeri dəyişdirə bilməz”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq