Asim Mollazadə ABŞ dövlət katibinin müavini Daniel Fridlə görüşüb
14 dekabr 2006 10:37 (UTC +04:00)
ABŞ-da səfərdə olan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Birləşmiş Ştatların dövlət katibinin müavini Daniel Fridlə görüşüb. DİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Azərbaycandakı və regiondakı hazırki situasiya müzakirə olunub. A. Mollazadə həmçinin Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avrora məsələləri üzrə idarəsinin direktoru Metyu Palmerlə də görüşüb. Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət, təhlükəsizlik və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə predmeti olub. Bundan başqa, DİP sədri Con Hopkins Universitetinin Mərkəzi Asiya Araşdırmaları Mərkəzində Azərbaycan və bölgədəki situasiyaya dair çıxış edib, Senatda və Konqresin Nümayəndələr Palatasında görüşlər keçirib. /APA/
Daxili siyasət
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024