Bank Of Baku

VHP-nin MSK-dakı təmsilçisi Almas Qəhrəmanlı: “MSK katibi postuna iddialıyam”

VHP-nin MSK-dakı təmsilçisi Almas Qəhrəmanlı: “MSK katibi postuna iddialıyam”
# 16 yanvar 2007 14:58 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasında (MSK) parlamentdəki azlığı təmsil edən nümayəndələr tam tərkibdə qurumda fəaliyyət göstərməyəcəyi halda, digər katibin müəyyənləşməsi mümkün deyil. Bu barədə APA-ya MSK-da Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) təmsil edən Almas Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, bu vaxta qədər azlığı təmsil edən nümayəndələr məsələ ilə bağlı heç bir müzakirə aparmayıblar: “MSK-da parlament azlığı üçün ayrılmış 6 yerdən biri hələlik boşdur. İndiki halda katib müəyyənləşərsə, bu, sonradan seçiləcək nümayəndənin hüquqlarının pozulması kimi izah oluna bilər. Buna görə də biz həmin üzv seçilənə kimi gözləmək fikrindəyik”. MSK-nın katibi postuna namizədin kim olacağına gəldikdə, A. Qəhrəmanlı bu posta özünün iddialı olduğunu və katibin müəyyənləşməsi zamanı öz namizədliyini irəli sürəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR