Bank Of Baku

Viktor Yanukoviç neftin Ukraynadan keçməklə, Avropaya çatdırılmasına dair konsorsiumun yaradılmasını təklif edir

Viktor Yanukoviç neftin Ukraynadan keçməklə, Avropaya çatdırılmasına dair konsorsiumun yaradılmasını təklif edir
# 26 yanvar 2007 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, Ukraynanın baş naziri Viktor Yanukoviç Davosda jurnalistlərə deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. V.Yanukoviç hesab edir ki, Azərbaycan Bakı-Tiflis-Ceyhan kəmərini neftlə doldurduqdan sonra yeni bazarın axtarışında maraqlı olacaq. Baş nazirin fikrincə, Azərbaycan neftinin nəqlinin tranzit yollarından biri Odessa-Brodı neft kəməri ola bilər. O bunun üçün variantların olduğunu da qeyd edib: tankerlərlə Gürcüstanın Supsa şəhərindən Ukraynanın Odessa şəhərinə və Qara dənizin dibi ilə Odessaya neft kəmərinin çəkilməsi... V.Yanukoviçin sözlərinə görə, Rusiya, Qazaxıstan və Qazaxıstanda çalışan “Shell” şirkəti neftin nəqlinə maraq göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR