Bank Of Baku

“Beynəlxalq Dostluğun Gücü Klubu” İctimai Birliyinin Azərbaycandakı fəaliyyətinin bir illiyinə həsr olunan mətbuat konfransı keçirilib

“Beynəlxalq Dostluğun Gücü Klubu” İctimai Birliyinin Azərbaycandakı fəaliyyətinin bir illiyinə həsr olunan mətbuat konfransı keçirilib
# 26 yanvar 2007 10:40 (UTC +04:00)
1977-ci ildə ABŞ-ın Atlanta şəhərində prezident Cimi Karterin dəstəyi ilə Ueyn Smit tərəfindən yaradılan və 1992-ci ildə Nobel Sülh Mükafatına layiq görülən “Beynəlxalq Dostluğun Gücü Klubu” İctimai Birliyinin Azərbaycandakı fəaliyyətinin bir illiyinə həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Beynəlxalq Dostluğun Gücü Klubu” İctimai Birliyinin rəhbəri Solmaz Hüseynova bildirib ki, ötən il yanvarın 27-də rəsmi qeydiyyatdan keçən birliyin hazırda 200-dən artıq üzvü var. Onun sözlərinə görə, birliyin əsas məqsədi Azərbaycanın dünya ölkələri ilə mədəni-dostluq əlaqələrini inkişaf etdirməkdir. “Beynəlxalq Dostluğun Gücü Klubu”nun ABŞ-ın aktiv klubları sırasında olduğunu deyən S. Hüseynova bu ilin fevralında Memfis şəhərində mübadilə prosesi üçün dəvət aldıqlarını açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR