Bank Of Baku

Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə bağlı tədbirlər planı hazırlayıb

Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə bağlı tədbirlər planı hazırlayıb
# 26 yanvar 2007 10:53 (UTC +04:00)
“Gənclər Günü dövlət tərəfindən yüksək səviyyədə qeyd olunacaq. Gənclər və İdman Nazirliyi bununla bağlı tədbirlər planı hazırlayıb”. APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. A. Rəhimov bildirib ki, tədbirlər planı çərçivəsində bir qrup fərqlənmiş gəncin prezident tərəfindən qəbulu, nazirlik tərəfindən bir qrup gəncin mükafatlandırılması nəzərdə tutulur. Bundan başqa, bayram münasibətilə YAP-ın gənclər təşkilatı ilə birgə konsert təşkil ediləcək. A. Rəhimovun sözlərinə görə, nazirlik gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində də iş aparır və bu məqsədlə tez-tez hərbi hissələrə səfərlər təşkil edilir: “Hərbi hissələrdə vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Əsgər və zabitlərin sosial vəziyyəti düzəlib”. A. Rəhimov gənc alimlərin problemlərinə də toxunub. Nazir deyib ki, elmlə məşğul olan gənclərin maaşları olduqca aşağıdır, gənc alimlər öz elmi işlərini nəşr etdirməkdə maliyyə problemləri ilə üzləşirlər. Bu kimi problemlərin aradan qaldırılması üçün Gənclər və İdman Nazirliyi hökumət qarşısında müəyyən təkliflərlə çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR