Bank Of Baku

İsa Qəmbər Müsavat Partiyasının aksiyasında iştirak etmək üçün növbəti dəfə müxalifət partiyalarına müraciət edib

İsa Qəmbər Müsavat Partiyasının aksiyasında iştirak etmək üçün növbəti dəfə müxalifət partiyalarına müraciət edib
# 26 yanvar 2007 11:14 (UTC +04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın yanvarın 28-nə təyin edilən yürüş-mitinqlə bağlı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə İ. Qəmbər siyasi partiyalara bu aksiyaya qoşulmaqla bağlı bir daha müraciət edib. “Müsavat təkbaşına aksiya keçirmək gücündə olmadığı üçün digər partiyalara müraciət edir” tipli ittihamlardan narahat olmadığını bildirən İ. Qəmbər qiymətlərin artırılmasına etiraz olaraq keçiriləcək aksiyada bütün siyasi qüvvələrin iştirakını vacib sayır. Onun sözlərinə görə, Müsavat Partiyası aksiyaları təkbaşına da keçirmək gücündədir və bunu dəfələrlə sübut edib. Partiya başqanı bildirib ki, aksiyanın əsas məqsədi qiymətlərin artımına etiraz etməkdir. Bundan başqa o, söz azadlığına təzyiqlərin qarşısının alınması ilə bağlı tələblərin də səslənəcəyini qeyd edib. İ. Qəmbərin sözlərinə görə, 28 yanvar aksiyasında iştirak etmək çağırışı ilə partiya tərəfindən vətəndaşlara vərəqələr paylanıb və SMS-lər göndərilib. Qeyd edək ki, Müsavatın kütləvi aksiyası saat 16-dan 18-dək “Həzi Aslanov” metro stansiyası yaxınlığından yürüşlə başlayaraq, Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanında mitinqlə davam edəcək. Aksiya Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR