Bank Of Baku

Araz Əzimov: “Yalnız regionda normal şərait yaranandan sonra statusla bağlı iş aparmaq mümkündür”

Araz Əzimov: “Yalnız regionda normal şərait yaranandan sonra statusla bağlı iş aparmaq mümkündür”
# 26 yanvar 2007 12:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı danışıqlara münasibət bildirərkən deyib. Azərbaycanın məlum siyasi problemlərin həllindən qaçmadığını söyləyən nazir müavini bu problemlərin həllinin yalnız münaqişənin və yaxud hərbi əməliyyatların nəticələri aradan qaldırılandan sonra mümkünlüyünü vurğulayıb: “Hər hansı statusla bağlı iş aparılması yalnız regionda normal şərait yarananda mümkündür”. A.Əzimov onu da bildirib ki, normal şəraitin yaranması, ilk növbədə, yurd-yuvalarından qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtması nəticəsində mümkün olacaq: “Bu qayıdış üçün isə ən əsası təhlükəsizliyə təminat verilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR