Bank Of Baku

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində ilk həftəlik brifinq keçirilib

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində ilk həftəlik brifinq keçirilib
# 27 avqust 2007 15:23 (UTC +04:00)
APA-nın məlumatına görə, XİN Mətbuat Xidmətinin rəhbəri, mətbuat katibi Xəzər İbrahim bildirib ki, hər həftənin bazar ertəsi ənənəvi brifinqlər keçiriləcək, bundan əlavə, müxtəlif tədbirlər - nazirliyin rəhbər şəxslərinin iştirakı ilə tematik xarakterli brifinqlər və jurnalistlərlə müxtəlif görüşlər təşkil olunacaq. X. İbrahimin sözlərinə görə, nazirliyin Mətbuat Xidməti artıq müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb və birbaşa nazirə tabedir. Brifinqdə iştirak edən jurnalistlərə Azərbaycanın tarixi, coğrafiyası, xarici siyasəti, həyatı barədə təbliğat məqsədi ilə ingilis dilində nəşr olunmuş “Azərbaycanın məlumat daycesti” adlı kitab hədiyyə edilib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR