Bank Of Baku

Avropa Qonşuluq Siyasəti ilə bağlı konfransda 10-dan artıq dövlətin nümayəndəsi iştirak edəcək

Avropa Qonşuluq Siyasəti ilə bağlı konfransda 10-dan artıq dövlətin nümayəndəsi iştirak edəcək
# 27 avqust 2007 11:03 (UTC +04:00)
“Sentyabrın 3-də Brüsseldə Avropa Qonşuluq Siyasəti ilə bağlı konfrans keçiriləcək. Konfransda bu siyasətə cəlb olunmuş 10-dan artın dövlətin nümayəndələri iştirak edəcək”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. O bildirib ki, xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak edəcəyi konfransın məqsədi artıq 3 ildir aparılan siyasətin nəticələrinin müzakirəsidir. Müzakirələrdə qonşuluq siyasətində iştirak edən dövlətlərin rəy və təklifləri dinləniləcək, siyasətin bundan sonrakı mərhələləri diqqət mərkəzində olacaq. Tədbirin sonunda heç bir sənəd qəbul edilməyəcək. E. Məmmədyarov Brüsseldə bir sıra ikitərəfli görüşlər keçirəcək, ATƏT-in Minsk Qrupunun rusiyalı və fransalı həmsədrləri ilə danışıqlar aparacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR