Bank Of Baku

VHP sədri Sabir Rüstəmxanlı, DAK sədri Qulamrza Təbrizi və türkiyəli sabiq deputat Turhan Çöməz Qubadakı kütləvi məzarlıqda olublar

VHP sədri Sabir Rüstəmxanlı, DAK sədri Qulamrza Təbrizi və türkiyəli sabiq deputat Turhan Çöməz Qubadakı kütləvi məzarlıqda olublar
# 27 avqust 2007 11:15 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı, Türkiyə parlamentinin keçmiş üzvü Turhan Çöməz, Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi və digər şəxslər Qubada aşkar olunmuş kütləvi məzarlığa baş çəkiblər. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, qonaqlar kütləvi məzarlığın tarixçəsi, burada aparılan qazıntı işləri və tapıntılarla tanış olublar. Ekspedisiya üzvləri qonaqların suallarını ətraflı cavablandıraraq onlara 1918-ci ildə Quba qəzasında erməni daşnaklarının törətdikləri qırğınların əyani mənzərəsini göstəriblər. T. Çöməz ermənilərin Qubada törətdiyi vəhşiliklərin miqyasının bu dərəcədə olduğunu təsəvvür etmədiyini deyib. O, məsələnin Türkiyə Böyük Millət Məclisində müzakirəsinin vacibliyini vurğulayıb. DAK sədri Qulamrza Təbrizi kütləvi məzarlıqla bağlı məlumatların rəhbərlik etdiyi qurum tərəfindən bütün ölkələrdə yayılacağını açıqlayıb. Milli Məclisinin üzvü Sabir Rüstəmxanlı isə məsələni parlamentində qaldıracağını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR