Bank Of Baku

Əli Əhmədov: “Bəzi siyasi partiyalar öz gücləri hesabına deyil, seçki qanunvericiliyində dəyişikliklər hesabına uğur qazanmaq istəyirlər”

Əli Əhmədov: “Bəzi siyasi partiyalar öz gücləri hesabına deyil, seçki qanunvericiliyində dəyişikliklər hesabına uğur qazanmaq istəyirlər”
# 27 avqust 2007 11:34 (UTC +04:00)
“Əgər seçicilər seçki kampaniyasında iştirak edən hər hansı bir partiyanın proqramını və həmin proqram əsasında namizədliyini irəli sürən şəxsləri dəstəkləyib, ona səs vermirlərsə, bu, Azərbaycanda seçki mühitinin xarakteri ilə bağlı deyil”. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, bəzi siyasi partiyalar öz gücləri hesabına deyil, seçki qanunvericiliyində və komissiyaların tərkibində dəyişikliklər hesabına uğur qazanmaq istəyirlər. O, seçkiyə bu cür yanaşmanın əleyhinə olduğunu deyib: “Müxalifət düşərgəsində qarşıdan gələn seçki prosesində iştirak etmək məsələsi ətrafında fikir ayrılığı var. Kimsə 2008-ci ilin prezident seçkisində iştirak etmək fikrində deyilsə və yaxud belə imkanı yoxdursa, bunun cəmiyyətə seçkilərin boykot edilməsi kimi təqdim edilməsi səhv təşəbbüsdür. Azərbaycanda seçkini boykot edə biləcək heç bir müxalifət partiyası və ya qruplaşması mövcud deyil. Azərbaycan vətəndaşları prezident seçkilərində iştirak etmək niyyətindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR