Bank Of Baku

“İrəli” Ümumrespublika Gənclər Hərəkatının hesabat konfransı keçirilib

“İrəli” Ümumrespublika Gənclər Hərəkatının hesabat konfransı keçirilib
# 27 avqust 2007 11:49 (UTC +04:00)
“İrəli” Ümumrespublika Gənclər Hərəkatının yaranmasının 2-ci ildönümü münasibətilə “İrəli-2 il” hesabat konfransı keçirilib. APA-nın məlumatına görə, hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı qurumun yaranması zərurətindən danışıb və ötən 2 il ərzində görülən işlərə dair hesabatla çıxış edib. O, hərəkatın qarşıya qoyduğu bir çox məqsədlərinə çatdıqlarını və intellektual gənclər arasında reytinqə malik olduqlarını deyib. C. Osmanlı ölkədə fəaliyyət göstərən gənclər təşkilatları və dövlət qurumları ilə mütəmadi əməkdaşlıq etdiklərini də diqqətə çatdırıb. Tədbirin sonunda ötən iki il ərzində “İrəli” Ümumrespublika Gənclər Hərəkatı ilə əməkdaşlıq edən dövlət durumları, ictimai təşkilatlar və kütləvi informasiya vasitələri diplomla təltif edilib. Diplomla təltif olunanlar arasında APA agentliyi də var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR