Bank Of Baku

Batumidə aparılan danışıqlarda ARDNŞ təmsilçiləri də iştirak edirlər

Batumidə aparılan danışıqlarda ARDNŞ təmsilçiləri də iştirak edirlər
# 27 avqust 2007 12:30 (UTC +04:00)
Batumidə Gürcüstan hökuməti ilə danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin tərkibinə ARDNŞ-in təmsilçiləri də daxildir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ARDNŞ təmsilçiləri Gürcüstan tərəfi ilə neft məhsullarının daşınması ilə əlaqədar danışıqlar aparacaqlar. Danışıqlarda ARDNŞ-in törəmə qurumu olan SOCAR Energy Georgia şirkətinin nümayəndələri də iştirak edəcəklər. Danışıqların detalları açıqlanmır. Hazırda Batumidə Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında danışıqlar davam edir. Nazirlər görüşdən əvvəl media nümayəndələrinə açıqlama verməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR