Bank Of Baku

Əli Əhmədov: “2008-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək siyasi blokun yaradılması gündəmdə deyil”

Əli Əhmədov: “2008-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək siyasi blokun yaradılması gündəmdə deyil”
# 27 avqust 2007 13:10 (UTC +04:00)
“2008-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək siyasi blokun yaradılması gündəmdə deyil”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O, seçicilərin böyük əksəriyyətinin İ. Əliyevin namizədliyini dəstəkləyəcəyinə inandığını vurğulayıb: “Azərbaycanda əhalinin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləyir. Bu dəstək müxtəlif formalarda, o cümlədən də blok şəkilində ortaya çıxa bilər. Amma mənə elə gəlir ki, blokun yaradılmasına ehtiyac yoxdur. Çünki indidən keçirilən sorğularda cəmiyyətin böyük əksəriyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bildirib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR