Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti AMİP-in piketinə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti AMİP-in piketinə icazə verməyib
# 27 avqust 2007 13:30 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (İH) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) avqustun 28-də Nazirlər Kabineti qarşısında təyin etdiyi piketin keçirilməsinə icazə verməyib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya ilə bağlı icra hakimiyyətinə ünvanlanmış müraciətə bu gün cavab verilib. Cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 9-cu maddəsinə uyğun olaraq icra və məhkəmə orqanlarının 300 metr radiusunda kütləvi aksiyaların keçirilməsinə icazə verilmədiyi bildirilib və buna görə də aksiya sanksiyalaşdırılmayıb. Partiya icra hakimiyyətinin cavabını nəzərə alaraq piketi təxirə salıb. Sentyabrın ilk ongünlüyündə daha bir aksiya keçirmək niyyətində olan AMİP yaxın günlərdə Bakı şəhər İcra Hakimiyyətinə yenidən müraciət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR