Bank Of Baku

Asim Mollazadə: “Məni toya həm Metyu Brayza, həm də Zeyno Baran dəvət etmişdi”

Asim Mollazadə: “Məni toya həm Metyu Brayza, həm də Zeyno Baran dəvət etmişdi”
# 27 avqust 2007 14:37 (UTC +04:00)
Bu fikirlər Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə məxsusdur. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın toy mərasimində iştirak edən millət vəkili təəssüratlarını APA ilə bölüşüb: “Bakı-Tiflis-Ceyhan bütün bölgə və dünya üçün son dərəcə böyük əhəmiyyətli bir layihədir. Hər iki gəncin həm Metyu Brayzanın, həm də Zeyno Baranın bu layihəsinin gerçəkləşməsində böyük əməyi var. Onların həyat yolunu birləşdirən də bu layihədir. Məni toya hər iki tərəfdən dəvət etmişdilər. Həm Metyu Brayza, həm də Zeyno Baran ilə uzun müddətdir ki, dostluq edirəm”. Metyu Brayzanın İslam dinini qəbul etdiyi barədə xəbərə münasibət bildirən Asim Mollazadə onda belə bir məlumatın olmadığını deyib. Toy mərasimi zamanı kəbin kəsildiyini və nikah müqaviləsi bağlandığını deyən Asim Mollazadə şahidlərdən birinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov olduğunu xatırladıb: “Toyda bu ailənin bir sıra ölkələrdən olan dostları, onların uzun müddət əməkdaşlıq etdiyi insanlar var idi. Çox maraqlı idi ki, məclisdə Azərbaycandan qonaqlar çoxluq təşkil edirdi. Mən bunu çox yüksək hal kimi qiymətləndirirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR