Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Brüsselə səfər edəcək

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Brüsselə səfər edəcək
# 27 avqust 2007 15:20 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev sentyabrın 3-də Brüsselə səfər edəcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, H.Babayev sentyabrın 3-də Brüsseldə Avropa Qonşuluq Siyasəti ilə bağlı keçiriləcək konfransa dəvət alıb.
Qeyd edək ki, konfransda bu siyasətə cəlb olunmuş 10-dan artıq dövlətin nümayəndələri iştirak edəcək. Tədbirin məqsədi artıq 3 ildir aparılan siyasətin nəticələrinin müzakirəsidir. Müzakirələrdə qonşuluq siyasətində iştirak edən dövlətlərin rəy və təklifləri dinləniləcək, siyasətin bundan sonrakı mərhələləri diqqət mərkəzində olacaq. Tədbirin sonunda hər hansı sənədin qəbulu planlaşdırılmır. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR