Bank Of Baku

Şri-Lanka parlamentinin üzvləri Azərbaycana səfər edəcək

Şri-Lanka parlamentinin üzvləri Azərbaycana səfər edəcək
# 28 avqust 2007 08:55 (UTC +04:00)
Şri-Lanka parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Milli Məclis üzvlərinin Şri-Lankaya səfəri zamanı razılıq əldə olunub. Azərbaycanın Hindistan və Şri-Lankada fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev APA-ya bildirib ki, AİDS/HİV xəstəliyinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Kolomboya gedən azərbaycanlı deputatlar burada Şri-Lankadan olan həmkarları və bir sıra nazirlərlə görüşlər keçiriblər. Görüşlərdə parlamentlərarası əlaqələrin genişlənməsi məsələsi müzakirə olunub. Tərəflər rəsmi səfər mübadilələri barədə razılığa gəliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR