Bank Of Baku

ABŞ-da yaşayan iranlı milli azlıqlar “Azadlıq” və “Amerikanın səsi” radiolarının fars xidmətlərini şovinizm siyasətini təbliğ etməkdə suçlandırıblar

ABŞ-da yaşayan iranlı milli azlıqlar “Azadlıq” və “Amerikanın səsi” radiolarının fars xidmətlərini şovinizm siyasətini təbliğ etməkdə suçlandırıblar
# 28 avqust 2007 09:28 (UTC +04:00)
İrandan Amerikaya mühacirət etmiş milli azlıqların nümayəndələri “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının fars dili xidmətlərini şovinizm və milli ayrı-seçkilik yaymaqda ittiham edirlər. Bu ittiham ABŞ Konqresinin apardığı araşdırma zamanı öz təsdiqini tapıb. İran əsilli və ABŞ-da yaşayan milli azlıqların nümayəndələri “Amerika səsi”nin direktoru Dan Austinə məktub yollayaraq təşkilatın fars xidmətinin məqsədyönlü olaraq ölkənin milli azlıqları olan azərbaycanlılar, ərəblər, kürdlər, lors və türkmənlərin problemlərinə toxunmamaqda, İran şovinizmi və sülalə rejimin təbliğatı ilə məşğul olmaqda ittiham ediblər. Məktub müəllifləri 2007-ci ilin may ayında “Amerikanın səsi” radiosunun fars xidmətinin verilişlərinin monitorinqini apardıqlarını və verilişə dəvət olunan 132 nəfərdən yalnız 2 faizinin İranın milli azlıqları təmsil etdiklərini sübut ediblər. Lakin həmin milli azlıqlardan da tələb olunub ki, İranda farsların yeganə ali millət olmasını bəyan etsinlər. Qalan fars mənşəli qonaqlar isə Rza Pəhləvi və onun Amerikada yaşayan oğlunun təbliğatı ilə məşğul olublar. Eyni nəticə Oklahomadan olan konqresmen Tom Çobrun “Azadlıq” və “Amerikanın səsi” radiolarının fars xidmətlərinin fəaliyyətinə dair apardığı araşdırmada da öz təsdiqini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR