Bank Of Baku

45 saylı Abşeron Seçki Dairəsinin Dairə Seçki Komissiyasının yeni inzibati binasının açılışı olub

45 saylı Abşeron Seçki Dairəsinin Dairə Seçki Komissiyasının yeni inzibati binasının açılışı olub
# 28 avqust 2007 15:07 (UTC +04:00)
Mərasimdə MSK sədri Məzahir Pənahov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib. MSK sədri rəhbərlik etdiyi qurum tərəfindən ötən il DSK-larda monitorinqlərin aparıldığını, nəticədə onların əksəriyyətinin binalarının bərbad vəziyyətdə olduğunun aşkar edildiyini qeyd edib: “Biz bununla bağlı təkliflər hazırladıq və prezidentinə məruzə etdik. Dövlət başçısının müdaxiləsindən sonra Dairə Seçki komissiyalarında iş şəraitinin yaxşılaşdırılması istiqamətində sürətli iş başladı. Hazırda MSK üçün də böyük bina inşa edilir”. M. Pənahov bildirib ki, 3 ay müddətinə 60-dan çox DSK üçün yeni bina tikilib, həmçinin 20-dək DSK-ya yeni bina ayrılıb. Digər komissiyaların isə iş otaqlarının sayı artırılıb. M. Pənahov bütün DSK-ların texniki avadanlıqlar və mebellə təmin olunacağını da qeyd edib.
Sonra DSK-nın yeni binasının lenti kəsilib, otaqlara baxış keçirilib. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR