Bank Of Baku

Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının durumuna dair dinləmələr keçirilib

Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının durumuna dair dinləmələr keçirilib
# 28 avqust 2007 10:38 (UTC +04:00)
Avropa Parlamentində Azərbaycanda insan hüquqları və demokratiyanın durumuna dair dinləmələr keçirilib. Avroparlamentin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının durumu tənqid olunub. Müzakirələrdə çıxış edən Avropa Komissiyasının nümayəndəsi Rutqer Vissels bildirib ki, təmsil etdiyi qurum üçün Azərbaycanda insan hüquqlarının durumu məqbul deyil. O bildirib ki, bu sahədə mövcud neqativ tendensiyalar Avropa Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsinə kömək göstərmir. Digər natiqlər isə çıxışlarında ölkədə medianın durumu məsələsinə toxunublar. Azərbaycanın Avropa İttifaqında daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov çıxışı zamanı bildirib ki, Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində addımlar atmağa başlayıb. Medianın durumuna dair ittihamları cavablandıran səfir bu sahədə problemlərin əksər hallarda jurnalistlərin peşə etikasına riayət etməməsindən qaynaqlandığını vurğulayıb. O, jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılması, cinayətkarların tapılaraq cəzalandırılması istiqamətində işin davam etdiyini bildirib. Avropa Parlamentində keçirilən müzakirələr zamanı parlamentarlar Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, bu amilin ölkədə demokratiyanın inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR