Bank Of Baku

Azərbaycan MSK-nın sədri: “Dağlıq Qarabağ separatçılarının oktyabrın 14-nə təyin etdikləri “bələdiyyə seçkilərin”in heç bir hüquqi əsası yoxdur”

Azərbaycan MSK-nın sədri: “Dağlıq Qarabağ separatçılarının oktyabrın 14-nə təyin etdikləri “bələdiyyə seçkilərin”in heç bir hüquqi əsası yoxdur”
# 28 avqust 2007 10:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan torpaqlarını işğal etmiş Dağlıq Qarabağ separatçılarının oktyabrın 14-nə “bələdiyyə seçkiləri” təyin etməsinə münasibət bildirərkən deyib. Dünya ictimaiyyətinin də erməni separatçılarının keçirdikləri “seçkiləri” tanımadığını söyləyən MSK sədri Dağlıq Qarabağda indiyə kimi keçirilmiş bütün seçkilərə beynəlxalq qurumların kəskin münasibət bildirdiyini xatırladıb: “Hətta beynəlxalq qurumlar Azərbaycanın müvafiq strukturlarından əvvəl bu məsələyə münasibət bildirir, oyuncaq seçkiləri qəbul etmədiyini bəyan edir. Erməni separatçılarının oktyabrın 14-nə təyin etdikləri “seçkilərin” də heç bir hüquqi əsası yoxdur və heç bir ölkə onların formalaşdırdıqları strukturları qəbul etmir. Bu məsələdə Azərbaycanın mövqeyi çox qətidir. 90-cı illərdə bu məsələlərlə bağlı yalnız Azərbaycanın səsi eşidilirdisə, indi bütün beynəlxalq qurumlar bizə dəstək verir. Bu, Azərbaycanın apardığı xarici siyasətin uğurudur”. M. Pənahov separatçı Dağlıq Qarabağ rejiminin atdığı bütün addımların Azərbaycanın Konstitusiyasına və beynəlxalq hüquqa zidd olduğunu da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR