Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanda prezident seçkiləri kampaniyasına 2008-ci ilin iyununda start veriləcək”

Məzahir Pənahov: “Azərbaycanda prezident seçkiləri kampaniyasına 2008-ci ilin iyununda start veriləcək”
# 28 avqust 2007 11:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, seçkilərə start verildikdən sonra bu proses üçün sərf olunacaq maliyyə vəsaitinin məbləği müəyyənləşəcək və dövlət büdcəsindən pul ayrılacaq. MSK sədri seçkiyə nə qədər vəsaitin sərf olunacağının indidən söylənməsinin mümkün olmadığını qeyd edib. Məzahir Pənahov beynəlxalq müşahidə missiyalarının da Azərbaycana məhz seçkiyə start veriləndən sonra gələcəklərini qeyd edib. Parlament və bələdiyyələrdə boş qalmış yerlərə seçkilərin nə zaman keçiriləcəyini gəldikdə M. Pənahov bildirib ki, onlar bu ilin sonunda bələdiyyələr üçün təkrar seçkilər keçirməyi nəzərdə tutublar: “Biz 2006-cı ilin əvvəlində təkrar parlament seçkiləri, sonunda isə təkrar bələdiyyə seçkiləri keçirmişik. Bu ilin yanvarından mayına kimi seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olduq. İndi isə DSK-ların binalarının yenilənməsi ilə məşğuluq. Digər tərəfdən indi narahat olmalı bir şey yoxdur. Hazırda parlamentin fəaliyyətinə xələl gətirən bir məqam görmürəm”. M. Pənahov MSK tərəfindən yeni monitorinqlərin keçiriləcəyini və ölkə prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı” ilə bağlı sərəncamına uyğun olaraq kurslar təşkil olunacağını qeyd edib: “Biz bu kurslara başlamaq fikrində idik, amma DSK-lara görə bunu təxirə salmışıq. Bu kurslar yanvardan başlayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR