Bank Of Baku

Azərbaycanla Qətər arasında beş sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycanla Qətər arasında beş sənəd imzalanıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 28 avqust 2007 11:42 (UTC +04:00)
Bu gün Prezident Sarayında Qətər əmiri Şeyx Həmad bin Xalid əl-Tani ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib. Görüşdən sonra iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb. Bunlar Azərbaycan və Qətərin Ticarət və Sənaye palataları arasında müştərək Biznes Şurasının yaradılması haqqında saziş, hər iki ölkənin Ticarət və Sənaye palataları arasında əməkdaşlığa dair anlaşma Memorandumu, iki ölkənin hökumətləri arasında hava daşımalarına dair saziş, iki ölkə arasında ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişdir. Qeyd edək ki, Qətər əmirinin daha bir neçə ikitərəfli görüşləri nəzərdə tutulur. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR