Bank Of Baku

Uilyam Berns: “Rusiya və ABŞ Qəbələ RLS-lə bağlı mövqeləri yaxınlaşdırmaq üçün ciddi cəhdlər edir”

Uilyam Berns: “Rusiya və ABŞ Qəbələ RLS-lə bağlı mövqeləri yaxınlaşdırmaq üçün ciddi cəhdlər edir”
# 28 avqust 2007 12:05 (UTC +04:00)
Qəbələ radiolokasiya stansiyasının birgə istifadəsinə dair təklifin müzakirəsi ilə bağlı ABŞ və Rusiya ekspertlərinin növbəti görüşü sentyabrda keçiriləcək. APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiyadakı səfiri Uilyam Berns deyib. O bildirib ki, tərəfləri çətin iş gözləyir: “Ancaq mən əminəm ki, hər iki dövlətin maraqları naminə iş görüləcək”. Diplomat Rusiyanın təklifini maraqlı və yaradıcı adlandırıb. Onun sözlərinə görə, hazırda həm Rusiya, həm də ABŞ mövqelərini yaxınlaşdırmaq üçün ciddi cəhdlər edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR