Bank Of Baku

AMİP Nazirlər Kabinetinin binası qarşısında piket keçirmək üçün şəhər rəhbərliyinə müraciət edib

AMİP Nazirlər Kabinetinin binası qarşısında piket keçirmək üçün şəhər rəhbərliyinə müraciət edib
# 28 avqust 2007 12:58 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sentyabrın 7-də Nazirlər Kabinetinin binası qarşısında piket keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (İH) müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 50 nəfərin iştirakı ilə keçiriləcək aksiyada hakimiyyətin tarif siyasətinin dəyişdirilməsi tələb olunacaq.
Qeyd edək ki, AMİP Nazirlər Kabinetinin binası qarşısında bu gün də piket keçirmək niyyətində idi. Ama şəhər rəhbərliyi aksiyaya icazə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR