Bank Of Baku

Sülhəddin Əkbər: “Əvvəlki illərə nisbətən müxalifət daha zəif durumdadır”

Sülhəddin Əkbər: “Əvvəlki illərə nisbətən müxalifət daha zəif durumdadır”
# 28 avqust 2007 14:38 (UTC +04:00)
“Azərbaycanda demokratik müqaviməti təşkil etmək üçün müxalifətin bir araya gəlməsinə ehtiyac var və bu ehtiyac indi daha kəskin hiss olunur. Çünki müxalifət əvvəlki illərə nisbətən daha zəif durumdadır”. Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Növbəti prezident seçkilərinin azad və ədalətli keçirilməsi naminə müxalifətin bir araya gəlməsini vacib sayan S. Əkbərin sözlərinə görə, azad seçkilər olsa, bu zaman müxalifətin hakimiyyətə gəlməsi mümkündür: “Əgər demokratik şərait olmasa, müxalifət seçkilərdə istəyir vahid namizədlə, istəyir ayrı-ayrılıqla iştirak etsin, bunun heç bir əhəmiyyəti yoxdur. Yəqin seçkilər yaxınlaşdıqca, həm cəmiyyət, həm də müxalifət qüvvələri tərəfindən inteqrasiya ehtiyacı daha ciddi hiss olunacaq”. S. Əkbərin fikrincə, əvvəllər müxalifətin birliyinə və seçkilərdə vahid namizədlə iştirakına mane olan səbəblər bu gün də qalır və onlar bir qədər də artıb. Digər tərəfdən, müxalifətin təcrübəsinin böyük olduğunu deyən Məclis sədri hesab edir ki, partiya liderləri yaranmış vəziyyəti təhlil etməli və keçmişdən dərs almalıdır: “Müxalifət keçmişdən düzgün dərs alarsa, o zaman bir araya gəlmək nisbətən asan olacaq. Yox, əgər əvvəlki addımlar davam edəcəksə, yenə də bir araya gəlmək müşkül məsələ olacaq. Amma mən ümid edirəm ki, seçki yaxınlaşdıqca, səmimi olan qüvvələr bu ehtiyacı hiss edib birləşəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR