Bank Of Baku

Fuad Mustafayev: ““Azadlıq” blokunun prezident seçkilərində vahid namizədlə iştirakında problem olmayacaq”

Fuad Mustafayev: ““Azadlıq” blokunun prezident seçkilərində vahid namizədlə iştirakında problem olmayacaq”
# 28 avqust 2007 15:34 (UTC +04:00)
““Azadlıq” blokunun növbəti prezident seçkilərində vahid namizədlə iştirakında heç bir problem olmayacaq. Blokun istər seçkilərin keçirilmə şəraiti ilə bağlı, istərsə də blokun seçkidə iştirak forması ilə bağlı mövqeyi dəyişməzdir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Mustafayev söyləyib. Hazırda demokratik seçkilərin keçirilməsi üçün nə hüquqi, nə də siyasi şəraitin olmadığını bildirən F. Mustafayev blokun başlıca vəzifəsinin seçkilərin azad və ədalətli keçirilməsi üçün hüquqi və siyasi şəraitin yaradılması olduğunu bildirib: “Bu əsaslar yaransa, blok seçkilərdə iştirak etmək niyyətindədir. Bu zaman seçkidə vahid namizədlə iştirak etmək üçün heç bir problem olmayacaq. Blok seçkiyə qatılacaqsa, onun namizədi təkcə blokun yox, daha geniş müxalifət düşərgəsinin vahid namizədi qismində seçkilərdə iştirak edə bilər”. Ən böyük problemin məhz Seçki Məcəlləsinin dəyişməsi və demokratik şəraitin yaradılması olduğunu bildurən F. Mustafayev “Əli Kərimli Lalə Şövkətə güzəştə getməyə hazırdırmı?” sualına konkret cavab verməyib: “Hadisələri sürətlə qabaqlamağa ehtiyac yoxdur. Əli Kərimlinin də, Lalə Şövkətin də mövqeyi bəllidir və onlar seçkilərdə vahid namizədə iştirak etməyə razıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR