Bank Of Baku

Anqola Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Anqola Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 29 avqust 2007 09:41 (UTC +04:00)
Bu il Anqola Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya Anqolanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bu səfirliyin rəhbəri həm də Azərbaycanda akkreditasiya olunub. Nümayəndə heyətinin səfərində məqsəd iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsi, xarici siyasət idarələri arasına məsləhətləşmələrin aparılmasıdır. Səfərdən sonra Anqola xarici işlər nazirinin də Azərbaycana gəlməsi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR