Bank Of Baku

Rusiya baş nazirinin müavini Sergey Narışkin Azərbaycana səfəri zamanı ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Rusiya baş nazirinin müavini Sergey Narışkin Azərbaycana səfəri zamanı ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək
# 29 avqust 2007 10:15 (UTC +04:00)
Rusiya baş nazirinin xarici iqtisadi əlaqələr üzrə müavini Sergey Narışkinin Azərbaycana səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunacaq. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baş nazirin müavini Sergey Narışkinin Azərbaycana səfəri 31 avqust 1 sentyabr tarixində gerçəkləşəcək. Rusiya baş nazirinin müavini səfər zamanı MDB çərçivəsində əməkdaşlıq, ikitərəfli əməkdaşlıq, təhlükəsizlik, regionda vəziyyət, investisiya layihələri ətrafında müzakirələr aparacaq. Sergey Narışkinin Bakıya səfərinin əsas məqsədlərindən biri dəfələrlə təxirə salınan Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasının tarixini dəqiqləşdirməkdir. Həmin komissiyanın Rusiya tərəfdən həmsədri olan Sergey Narışkin bu məsələ ilə əlaqədar baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşəcək. Sergey Narışkinin prezident İlham Əliyevlə görüşü də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR