Bank Of Baku

AMİP-in İmişli rayon təşkilatının fəalı Musa Rahimin həbs olunması ilə bağlı mətbuat konfransı keçirilib

AMİP-in İmişli rayon təşkilatının fəalı Musa Rahimin həbs olunması ilə bağlı mətbuat konfransı keçirilib
# 29 avqust 2007 13:00 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahimin həbs olunması ilə bağlı bu gün partiyanın qərargahında mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov baş vermiş hadisə ilə maraqlanmaq üçün sözügedən rayonda olduğunu və bir sıra səlahiyyətli şəxslərlə görüşdüyünü qeyd edib. Onun sözlərinə görə, M. Rahim barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilsə də, məhkəmə qərarı onun vəkilinə və ailəsinə təqdim olunmayıb. Buna görə də qərardan apellyasiya şikayətinin verilməsi ləngiyir. Ə. Orucovun sözlərinə görə, M. Rahimin 4 polis əməkdaşına xəsarət yetirdiyi üçün həbs olunduğu bildirilir: “Lakin bu həqiqət deyil. O, rayon rəhbərliyinin əməllərinə qarşı mübarizə apardığı üçün sifarişlə həbs edilib”.
Partiyanın Mərkəzi Şurasının sədri Əli Ələkbərov isə məsələ ilə bağlı bütün hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məlumatlandırıldığını qeyd edib. O, partiya üzvünün azad olunması üçün hüquqi müstəvidə lazımı addımların atılacağını deyib.
Qeyd edək ki, M. Rahim avqustun 23-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR