Bank Of Baku

ADP Qarabağ konsepsiyasını sentyabrda dövlət strukturlarına təqdim edəcək

ADP Qarabağ konsepsiyasını sentyabrda dövlət strukturlarına təqdim edəcək
# 29 avqust 2007 13:18 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırladığı konsepsiyanı sentyabrda dövlət qurumlarına təqdim edəcək. Partiyanın sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, konsepsiyanın hazırlanması tam başa çatıb və sənəddə bir sıra yeni təkliflər irəli sürülüb. O bildirib ki, bu vaxta qədər irəli sürülən təkliflərdə yalnız tərəflərdən birinin güzəştə getməsi fikri əsas götürülüb. ADP-nin hazırladığı konsepsiyada isə tərəflərin hər ikisinin qalib olması məsələsi prioritetdir: “Biz konsepsiyada qlobalizmi əsas götürmüşük. Üç qonşu ölkənin - Azərbaycan, Gürcüstan və Ermənistanın inteqrasiya etməsi, hüquqların bərabər bölüşdürülməsi ilə bağlı fikirlər var”. S. Cəlaloğlunun sözlərinə görə, ADP konsepsiyanın iqtidar və müxalifətin vahid mövqeyi kimi təqdim edilməsini vacib sayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR