Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək toplantısına qatılmaq istəyən Ermənistan nümayəndə heyətinin gəlişinə etiraz olaraq piket keçirəcək

Qarabağ Azadlıq Təşkilatı MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək toplantısına qatılmaq istəyən Ermənistan nümayəndə heyətinin gəlişinə etiraz olaraq piket keçirəcək
# 29 avqust 2007 15:57 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) sentyabrın 5-də və 6-da MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək toplantısına qatılmaq istəyən Ermənistan nümayəndə heyətinin gəlişinə etiraz olaraq piket keçirəcək. QAT sədri Akif Nağı APA-ya bildirib ki, işğalçı Ermənistanın DİN əməkdaşlarının Azərbaycana gəlməsinin qarşısı alınmalı və dövlət bu kimi səfərlərin həyata keçirilməsinə imkan verməməlidir. A. Nağı əks təqdirdə, toplantılar keçirilən binaların qarşısında və paytaxtın digər yerlərində etiraz aksiyalarına başlayacaqlarını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR