Bank Of Baku

Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının toplantısının tarixi Bakı danışıqları nəticəsində müəyyənləşəcək

Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının toplantısının tarixi Bakı danışıqları nəticəsində müəyyənləşəcək
# 30 avqust 2007 09:33 (UTC +04:00)
Avqustun 31-də Rusiya baş nazirinin müavini Sergey Narışkin Bakıya gələcək. Bu barədə APA-ya Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib: “Ümid edirəm ki, tərəflər keçiriləcək görüşlərin sonunda hökumətlərarası komissiyanın növbəti toplantısının keçiriləcəyi tarixi müəyyən edə biləcək”.
Səfirin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın toplantısının keçirilməsi bir sıra səbəblərdən ləngiyib ki, həmin səbəblərdən biri də komissiyanın həmsədrlərinin dəyişdirilməsi ilə bağlı olub.
Qeyd edək ki, hökumətlərarası komissiyanın növbəti, XI toplantısı Moskvada keçiriləcək.
Xatırladaq ki, əvvəllər komissiyaya Rusiya və Azərbaycanın baş nazirlərinin sabiq müavinləri Viktor Xristenko və Abbas Abbasov həmsədrlik ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR