Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Qarabağ Forumunun işçi qrupunun üzvləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Qarabağ Forumunun işçi qrupunun üzvləri ilə görüşüb
# 30 avqust 2007 10:52 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə yaradılan Qarabağ Forumunun işçi qrupunun üzvləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi ilə görüşüblər. İşçi qrupdan APA-ya verilən məlumata görə, görüşdə forumun Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyi müzakirə mövzusu olunub. Görüşdə iştirak edən işçi qrupun üzvləri münaqişənin həllində vasitəçilərin fəaliyyətinin qənaətbəxş olmadığını deyiblər. Onlar Azərbaycana yönələn təzyiqlər yolverilməz hal hesab ediblər. Müzakirələrdə ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət barədə də danışılıb. Səfir Azərbaycandakı bütün islahatları diqqətdə saxladıqlarını və həbs olunan jurnalistlərin azad olunmasına ümid etdiyini deyib. A. Dersi səfirliyin nümayəndələrinin Qarabağ Forumunun bundan sonra keçiriləcək toplantılarına qatılacaqlarını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR