Bank Of Baku

Azərbaycanla Rusiya arasında telekanalların qarşılıqlı yayımı qaydalarını müəyyənləşdirən çərçivə sazişi razılaşdırılıb

Azərbaycanla Rusiya arasında telekanalların qarşılıqlı yayımı qaydalarını müəyyənləşdirən çərçivə sazişi razılaşdırılıb
# 30 avqust 2007 11:21 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov bildirib ki, sənəddə yalnız tərəflərin siyasi iradəsi öz əksini tapıb. “Sənəddə konkret olaraq heç bir telekanalın adı açıqlanmır. Bu məsələ hazırda müzakirə mövzusudur. Azərbaycan tərəfi telekanalların qarşılıqlı yayımına dair təkliflərini iyunda Rusiyaya təqdim edib. Elə məsələlər var ki, Azərbaycanda hüquqi baxımdan düzgün olsa da, Rusiyada bu kontekstdə düzgün sayılmır. Bu isə bəzi hallarda danışıqların irəli getməsinə mane olur”. Səfir iki ölkə arasında telekanalların qarşılıqlı yayımına dair işçi qruplar arasında növbəti görüşün sentyabrda Moskvada keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR