Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb
# 30 avqust 2007 11:22 (UTC +04:00)
Ağcabədi rayonunda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, ABŞ-ın maliyyə vəsaiti hesabına Beynəlxalq Xilasetmə Komitəsi tərəfindən inşa olunmuş xəstəxananın açılışında iştirak edən diplomat köçkünlər qarşısında Azərbaycan dilində çıxış edib. O bildirib ki, nə qədər ki, Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş vətəndaşlar öz doğma torpaqlarına qayıtmayıblar, Azərbaycan özünün həqiqi potensialından istifadə edə bilməyəcək. Diplomat deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır və bu istiqamətdə səylərini artırır: “Biz heç zaman unuda bilmərik ki, Azərbaycan ərazilərinin işğalı zamanı minlərlə insan dünyasını dəyişib, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşüb. Dağlıq Qarabağ münaqişəsi həllini tapana qədər ağır sosial-iqtisadi şəraitdə yaşayan köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün ABŞ və bu ölkədən olan beynəlxalq humanitar təşkilatlar Azərbaycan hökuməti ilə birgə layihələr və proqramlar həyata keçirəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR