Bank Of Baku

105 və 106 saylı dairə seçki komissiyalarının yeni binalarının açılışı olub

105 və 106 saylı dairə seçki komissiyalarının yeni binalarının açılışı olub
# 30 avqust 2007 13:57 (UTC +04:00)
Bu gün 105 saylı Tovuz şəhər və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrinin Dairə Seçki Komissiyalarının (DSK) yeni binalarının açılışı olub. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, binaların açılış mərasimində rayon rəhbərliyi və bu dairələrdən seçilmiş millət vəkilləri iştirak ediblər. Hər iki seçki dairəsinin yeni binasında normal iş şəraiti yaradılıb, komissiyanın sədri, katibi və üzvləri üçün ayrı-ayrı kabinetlər, iclas üçün zal nəzərdə tutulub. Ölkə prezidentinin tapşırığına əsasən binaların tikilməsində rayon icra hakimiyyəti yaxından iştirak edib. Mətbuat xidmətinin məlumatına görə, ilin sonuna kimi bütün DSK-larda iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə binaların tikilməsi və komissiyaların müvafiq avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR