Bank Of Baku

Avropa Parlamentinin insan haqları üzrə alt komitəsində “dondurulmuş” münaqişələrlə bağlı dinləmə keçiriləcək

Avropa Parlamentinin insan haqları üzrə alt komitəsində “dondurulmuş” münaqişələrlə bağlı dinləmə keçiriləcək
# 30 avqust 2007 14:34 (UTC +04:00)
Sentyabrın ortalarında Avropa Parlamentinin Beynəlxalq Komitəsinin insan haqları üzrə alt komitəsində “dondurulmuş” münaqişələrlə bağlı dinləmə keçiriləcək. Bu barədə APA-ya Avropa Parlamentinin mətbuat xidmətindən məlumat verilib. Məsələ ilə bağlı Kembric Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Martin İos Bilovski tərəfindən xüsusi məruzə hazırlanıb. Məruzədə “dondurulmuş” münaqişələrin olduğu regionlarda insan haqlarının vəziyyətindən bəhs edilir.
Qeyd edək ki, dinləmənin təşəbbüskarı Almaniya Bundestaqının deputatı, Avropa Parlamentinin üzvü Cem Özdəmirdir. O, bu ilin martında Azərbaycanda olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR