Bank Of Baku

Əli Əhmədov ABŞ səfirinin müavini ilə görüşüb

Əli Əhmədov ABŞ səfirinin müavini ilə görüşüb
# 30 avqust 2007 14:43 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Donald Lu ilə görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasında inkişaf edən əməkdaşlıq münasibətləri və 2008-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində partiyanın həyata keçirəcəyi tədbirlər barədə fikir mübadiləsi aparılıb. Diplomatik fəaliyyətə yeni başladığını bildirən Donald Lu 5 il əvvəl Azərbaycanda olduğunu, həmin dövrlə müqayisədə ölkədə bir çox dəyişikliklərin baş verdiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR