Bank Of Baku

AŞPA missiyasının səfər proqramı ilə həm Ermənistan, həm də Azərbaycan razılaşmayıb

AŞPA missiyasının səfər proqramı ilə həm Ermənistan, həm də Azərbaycan razılaşmayıb
# 30 avqust 2007 15:17 (UTC +04:00)
“Ermənistan regiona istənilən səfərdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Biz ümid edirik ki, Ermənistan XİN gələcəkdə ictimaiyyəti məlumatlandırarkən yalan konstruksiyalara yox, düzgün metodlara əsaslanacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Ermənistan XİN-in AŞPA-nın Cənubi Qafqazda mədəni abidələrin monitorinqini keçirəcək missiyanın səfərinin təxirə salınmasında Azərbaycan tərəfini günahlandırmasına münasibət bildirərək deyib. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia isə bildirib ki, Edvard Oharanın başçılıq etdiyi missiya hər üç Cənubi Qafqaz respublikası Azərbaycan, Gürcüstan və Ermənistana səfər etməliydi: “Lakin Azərbaycan və Ermənistan proqramın son variantı ilə tanış olandan sonra səfərə razılıq verməyiblər”.
Qeyd edək ki, bu səfər sentyabrın əvvəlində baş tutmalı idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR