Bank Of Baku

Ann Dersi: “Jurnalistlərin Cinayət Məcəlləsi ilə deyil, inzibati qaydada cəzalandırılması daha məqsədəuyğundur”

Ann Dersi: “Jurnalistlərin Cinayət Məcəlləsi ilə deyil, inzibati qaydada cəzalandırılması daha məqsədəuyğundur”
# 30 avqust 2007 15:56 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Ağcabədi rayonuna səfəri çərçivəsində 82 saylı Dairə Seçki Komissiyasının (DSK) yeni istifadəyə verilən inzibati binasına baş çəkib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, səfir bildirib ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərində şəffaflığın təmin edilməsi üçün müasir standartlara cavab verən DSK-ların mövcudluğu vacib amildir. Rayonun Pərioğlular kəndində yerli bələdiyyə və icma nümayəndələri ilə görüşən A. Dersi daha sonra mətbuat konfransı keçirib. İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinə münasibət bildirən diplomat hər bir ölkənin qonşusu ilə isti münasibət yaratmaq hüququ olduğunu deyib: “Problem İran prezidentinin Azərbaycana səfərində deyil. Sadəcə olaraq İran həyata keçirdiyi nüvə proqramına beynəlxalq ictimaiyyətin müdaxiləsini əngəlləməyə çalışır və sübut edə bilmir ki, onun bu proqramı dinc məqsədlər üçün nəzərdə tutulub. Nüvə proqramını həyata keçirmək İranın hüququdur. Lakin əsl məqsədini beynəlxalq ictimaiyyətdən gizlətməməlidir”. Jurnalistlərin azadlıqdan məhrum edilməsini xoşagəlməz hal adlandıran A. Dersinin sözlərinə görə, jurnalistlərin Cinayət Məcəlləsi ilə deyil, inzibati qaydada cəzalandırılması daha məqsədəuyğundur. O, media ilə dövlət qurumları arasında yaranan problemlərin müzakirələr yolu ilə aradan qaldırılmasını daha düzgün yol hesab etdiyini də vurğulayıb: “Müstəqil, etik və mədəni medianın olmadığı təqdirdə, cəmiyyətdə demokratik dəyərlərin formalaşdırılması mümkün olmur. İnkişaf etmiş ölkələrdə mətbuat insan haqlarının fəal müdafiəçisi kimi çıxış edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR